Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq

Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq Rəqib "Eştoril" klubu olacaq
Futbol
29 Oktyabr , 2016 15:39
Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, təcrübəli qolkiperin çıxış etdiyi "Boavişta"nın rəqibi "Eştoril" klubu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq. Bu K.Ağayevin "Boavişta"nın heyətində 4-cü oyunu olacaq. Debüt oyununda "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşn K.Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla 11-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi