Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb

    O, komandasına qarşıdakı 3 oyunda kömək edə bilməyəcək

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb. "Report"un məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.

    31 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda "Benfika" ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub. Bununla da Ağayev "Aruka" və "Çaves"lə səfər, "Belenensiş"lə isə ev oyununu buraxmalı olacaq.

    "Benfika" isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə, 6 min avro cərimlənib.

    Qeyd edək ki, "Benfika" və "Boavişta" arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi