Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komanda Türkiyə Kubokunda "Fənərbağça"ya rəqib olub

Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komanda Türkiyə Kubokunda "Fənərbağça"ya rəqib olub Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda V turun püşkü atılıb.
Futbol
23 Noyabr , 2018 16:35
Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi komanda Türkiyə Kubokunda Fənərbağçaya rəqib olub

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda V turun püşkü atılıb. 

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökcünün çıxış etdiyi "Giresunspor" "Fənərbağça"ya rəqib olub. 

Azərbaycanın əsas milli komandasında çıxış etmiş Ufuk Budakın şərəfini qoruduğu "Boluspor" "Van Büyükşehir Bələdiyyəspor"la üz-üzə gələcək. 

"Qalatasaray" isə bu mərhələdə "Keçiörengücü" səddini keçməyə çalışacaq. "Trabzonspor" növbəti mərhələyə vəsiqə qazanmaq üçün "Sivas Bələdiyyəspor"la münasibətlərə aydınlıq gətirəcək. 

V turun qarşılaşmaları 

"Antalyaspor" - "Darıca Gənclərbirliyi"

"Sivas Bələdiyyəspor" - "Trabzonspor"

"Rizespor" - "Balıkesirspor"

"Nazilli Bələdiyyəspor" - "Göztepe"

"Gənclərbirliyi - "Hatayspor"

"Adana Demirspor" -  "Başakşehir"

"Boluspor" - "Van Büyükşehir Bələdiyyəspor"

"Altay" - "Kayserispor"

"Ümraniyespor" - 1461 Trabzon

"Menemen Bələdiyyəspor - Kasımpaşa

"Fenerbağça" - "Giresunspor"

"Fatih Karagümrük" - "Akhisarspor"

"Alanyaspor" - "Kahramanmaraş"

"Bodrumspor" - "Ankaragücü"

"Yeni Malatyaspor" - "Etimesgut Bələdiyyəspor

"Keçiörengücü" - "Qalatasaray"

Qeyd edək ki, V turun ilk oyunları 4, 5 ve 6 dekabrda cavab qarşılaşmaları isə 18, 19 ve 20 dekbarda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi