Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda ilk qolunu vurub

Futbol
  • 10 sentyabr, 2018
  • 14:11
Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda ilk qolunu vurub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi "Boluspor" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.  

"Report" xəbər verir ki, komanda Bolu Atatürk Stadionunda həvəskar liqa klublarından hesab olunan "Karadeniz Ereğli Belediyespor"la üz-üzə gəlib. 

Qarşılaşma Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Ufuk Budak 41-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub. 

Bu, onun yeni komandasında ilk qolu olub.

Qeyd edək ki, Ufuk Budak yay transfer pəncərəsində "Boluspor"a keçib. Komanda Türkiyə I liqasında 4 turdan sonra 12 xalla II pillədə yer alıb. Birinci yerdə qərarlaşan "Gənclərbirliyi"nin də 12 xalı var. 

Son xəbərlər

Bütün Xəbər Lenti