Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor”a keçidi rəsmiləşib.
Futbol
8 Avqust , 2018 11:50
Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor”a keçidi rəsmiləşib.

“Report” xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb. O, bolqarıstanlı Daniel Dimovla birlikdə ictimaiyyətə təqdim olunub. İmza mərasimində fikirlərini bölüşən Budak keçidindən məmnunluğunu ifadə edib: “Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik”.

“Boluspor” avqustun 11-də I tur çərçivəsində “Osmanlıspor”u qəbul edəcək.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi