Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılmasının səbəbi müəyyənləşib. “Report” məlumatına görə, bu barədə komandanın yeni baş məşqçisi Adnan Örnek futbolarena.com saytına açıqlama verib.
A.Örnek bildirib ki, 29 yaşlı hücumçu əmək haqqını ala bilmədiyi üçün klubu FİFA-ya şikayət etməklə təhdid edib. Nəticədə o, heyətdən kənar qalıb.
Qeyd edək ki, Deniz Yılmaz Adnan Örnekin müraciəti əsasında heyətdən uzaqlaşdırılıb. O, "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib.