Yuxarı

Azərbaycan millisinin futbolçularını transfer etmək istəyən Avstriya klubu baş məşqçisini istefaya göndərib

Azərbaycan millisinin futbolçularını transfer etmək istəyən Avstriya klubu baş məşqçisini istefaya göndərib

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Araz Abdullayevi transfer etmək istəyən Avstriyanın “Mattersburq” klubu əsas komandanın baş məşqçisi Gerald Baumqartneri istefaya göndərib.

“Report” klubun saytına istinadən xəbər verir ki, 54 yaşlı avstriyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq Mattersburq təmsilçisinin həvəskarlardan ibarət kollektivinə rəhbərlik edən Markus Şmidtə tapşırılıb.

“Mattersburq” Bundesliqanın sonuncu – IV turunda evdə “Volfsberq”ə 0:6 hesabı ilə uduzub. Komanda 3 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Şeydayev artıq Rusiyanın “Krılya Sovetov” klubu ilə 1 illik müqavilə bağlayıb. Abdullayev isə hələ də komanda axtarışındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi