Azərbaycan millisinin futbolçularını transfer etmək istəyən Avstriya klubu baş məşqçisini istefaya göndərib

Azərbaycan millisinin futbolçularını transfer etmək istəyən Avstriya klubu baş məşqçisini istefaya göndərib Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Araz Abdullayevi transfer etmək istəyən Avstriyanın “Mattersburq” klubu əsas komandanın baş məşqçisi Gerald Baumqartneri istefaya göndərib.
Futbol
21 Avqust , 2018 15:37
Azərbaycan millisinin futbolçularını transfer etmək istəyən Avstriya klubu baş məşqçisini istefaya göndərib
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Araz Abdullayevi transfer etmək istəyən Avstriyanın “Mattersburq” klubu əsas komandanın baş məşqçisi Gerald Baumqartneri istefaya göndərib.

“Report” klubun saytına istinadən xəbər verir ki, 54 yaşlı avstriyalı mütəxəssis uğursuz nəticələr səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq Mattersburq təmsilçisinin həvəskarlardan ibarət kollektivinə rəhbərlik edən Markus Şmidtə tapşırılıb.

“Mattersburq” Bundesliqanın sonuncu – IV turunda evdə “Volfsberq”ə 0:6 hesabı ilə uduzub. Komanda 3 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Şeydayev artıq Rusiyanın “Krılya Sovetov” klubu ilə 1 illik müqavilə bağlayıb. Abdullayev isə hələ də komanda axtarışındadır.

Son xəbərlər

Orphus sistemi