Azərbaycan millisinin futbolçuları daun sindromlu uşaqlarla görüşüblər

Azərbaycan millisinin futbolçuları daun sindromlu uşaqlarla görüşüblər Görüşdə milli assosiasiyanın baş katibi Elxan Məmmədov da iştirak edib
Futbol
26 Dekabr , 2017 11:55
Azərbaycan millisinin futbolçuları daun sindromlu uşaqlarla görüşüblər
Affa.az

Bakı. 26 dekabr. REPORT.AZ/ AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndən olan uşaqlarla görüş keçirilib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın avtobusu ilə stadiona gələn uşaqları arenada AFFA-nın baş katibi Elxan Məmmədov və müxtəlif yığmaların üzvləri qarşılayıblar.

Baş katibin bayram təbrikindən sonra uşaqlar milli üzvləri ilə meydana çıxıblar. Bakı Olimpiya Stadionunun əsas meydanında topla oynadıqdan sonra uşaqlara bayram hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi