Yuxarı

​Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Qrupda 6 komanda yer alıb

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 25-də Sankt-Peterburqdakı Konstantinovski sarayında 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. "Report" xəbər verir ki, püşkatma mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, FİFA prezidenti Yozef Blatter, idman mütəxəssisləri, futbolçular iştirak ediblər. AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov da mərasimə qatılıblar.

Püşkatmaya görə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində “C” qrupunda mübarizə aparacaq. Bu qrupda 6 komanda yer alıb. Azərbaycan yığma komandası bu qrupda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi