Azərbaycan millisinin daha bir üzvü Slovakiya ilə matçda debüt edib

Azərbaycan millisinin daha bir üzvü Slovakiya ilə matçda debüt edib Zirə klubunun futbolçusu Elvin Camalov Azərbaycan millisinin heyətində debüt edib.
Futbol
20 Noyabr , 2019 00:55
Azərbaycan millisinin daha bir üzvü Slovakiya ilə matçda debüt edib

"Zirə" klubunun futbolçusu Elvin Camalov Azərbaycan millisinin heyətində debüt edib.

"Report"un Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə görüşün ikinci hissəsində oyuna daxil olub. Baş məşqçi Nikola Yurçeviç Camalovu Eddi İsrafilovun yerinə meydana buraxıb.

Görüşə start heyətdə başlayan "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli də bu matçda debüt edib.

Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və Slovakiya millisi 1:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi