Yuxarı
    Bağlamaq

    ​Azərbaycan millisinin daha bir rəqibi Bakıya gəlib - FOTO

    Şotlandiya yığmasını gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycanın yer aldığı qrupun daha bir iştirakçısı paytaxta gəlib. 

    "Report"un məlumatına görə, Şotlandiya yığmasını gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

    Şotlandiyaları hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

    Qeyd edək ki, Şotlandiya millisi qitə birinciliyində yığmamızla birgə A qrupunda yer alıb. Bundan başqa qrupda Belçika və Portuqaliya yığmaları da mübarizə aparacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi