Yuxarı

Azərbaycan millisinin baş məşqçisi: "Rəqib kobud oyuna üstünlük verdi"

Azərbaycan millisinin baş məşqçisi: "Rəqib kobud oyuna üstünlük verdi"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Xorvatiyanın “Slaven Belupo-2” komandası ilə görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Yığmanın heyətində İsmayıl İbrahimli fərqlənib.

U-21-in baş məşqçisi Milan Obradoviç AFFA-nın rəsmi saytına açıqlamasında görüşün asan alınmadığını bildirib: "Rəqibin heyətində meydana çıxan bəzi oyunçular əsas komandanın üzvləridir. Onlar çempionatda mütəmadi oynayan kifayət qədər təcrübəli futbolçulardır. İlk hissədə hesabda geri düşdük. Rəqib fasiləyədək cəmi bir qol imkanı yaratdı, ondan da maksimum istifadə etdi. İkinci hissə isə bizim üstünlüyümüz şəraitində keçdi, oyun intizamından qopmadıq. Fasilədən sonra oyuna və topa tam nəzarət edə bildik. Xüsusən, müdafiədə yaxşı çıxış etdik, heç bir səhvə yol vermədik. Rəqib kobud oyuna üstünlük versə də, biz sonadək mübarizə apardıq, əsl əzmkarlıq nümayiş etdirdik və lazım olan qolu vurduq”.

Qeyd edək ki, U-21 mayın 27-də Sloveniyada Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək. Komanda Avropa çempionatının seçmə mərhələsində ilk oyunu iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi