Azərbaycan millisinin baş məşqçisi: "Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”

Azərbaycan millisinin baş məşqçisi: "Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan” Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.
Futbol
16 Aprel , 2019 04:17
Azərbaycan millisinin baş məşqçisi: Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”

"Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.

"Report" xəbər verir ki, bunu Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva "affa.az" saytına açıqlamasında deyib.

“Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”, deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi