Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI Samir Ələkbərov 22 futbolçuya dəvət göndərib
Futbol
29 Sentyabr , 2017 12:04
Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Samir Ələkbərov səfərdə keçirəcəkləri oyuna 22 futbolçu dəvət edib. Onlardan 3-ü legionerdir.

AD, SOYAD KLUB
Fəhmin Muradbəyli Neftçi
Anton Krivotsyuk Neftçi
Eltun Turabov Qarabağ
Elgün Uluxanov Qarabağ
Xəyal Nəcəfov Sumqayıt
Ehtiram Şahverdiyev Sumqayıt
Bəhlul Mustafazadə Sumqayıt
Süleyman Süleymanov Sumqayıt
Oleq Hüseynov İnter
Taşkın Sertan İnter
Vüqar Həsənov İnter
Əlibəy Məmmədli İnter
Alen Askerov Qəbələ
Qismət Alıyev Qəbələ
Roman Hüseynov Qəbələ
İlkin Sadıqov Kəpəz
İlyas Səfərzadə Kəpəz
Pərviz Qaraxanov Səbail
Aydın Bayramov MOİK
Budaq Nəsirov Sportinq (Portuqaliya)
Serkan Baloglu Eyupspor (Türkiyə)
Mustafa Ozhitay SSV Ulm 1846 (Almaniya)

Qeyd edək ki, Azərbaycan millisi oyundan əvvəl 1 - 3 oktyabrda Berlində hazırlıq keçəcək. Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov komandaya oktyabrın 2-də qoşulacaqlar. Berlindən sonra sonra milli üzvləri hazırlığı matçın təşkil olunacağı Kottbus şəhərində davam etdirəcəklər. Oktyabrın 6-da "Fröndşaft" stadionunda keçiriləcək 5-ci qrupun Almaniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi