İlqar Qurbanov: "Azərbaycan millisində 7 ildir oynamıram" - MÜSAHİBƏ

İlqar Qurbanov: "Azərbaycan millisində 7 ildir oynamıram" - MÜSAHİBƏ "İnşallah, bu fəlsəfəni öyrənərik"
Futbol
14 Mart , 2017 20:40
İlqar Qurbanov: Azərbaycan millisində 7 ildir oynamıram - MÜSAHİBƏ
courtesy image

Bakı. 14 mart. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu İlqar Qurbanov AZAL-ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra brifinq keçirib. 

"Report"un məlumatına görə, təcrübəli cinah oyunçusu əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb...

- Doğrudan da çox maraqlı, templi oyun alındı. Çox yaxşı oyun sərgilədik, mübarizə apardıq. Qol vəziyyətlərimiz də oldu, cəmi birindən yararlana bildik. Hər halda səbrli çıxış edərək matçın sonlarında qol vurduq. Artıq son turlar gərgin mübarizə gedir. Xal itirməyimiz böyük itki olardı. Ona görə də hər oyuna ciddi hazırlaşır, daha da etibarlı, ağıllı, səbrli oyun sərgiləyirik.

- "Neftçi" - "Qəbələ" matçında özünüzə sərf edən nəticəni gözləyirsən, yoxsa yalnız "Qarabağ"ın oyunları barədə düşünürsən?

- İstər-istəməz futbolçular digər nəticələri də izləməlidirlər. Amma şanslar bizdədir. Öz oyunumuza diqqət etsək, hər oyundan 3 xalla ayrılsaq, üstünlük bizdə olar.

- İlk hissədə komandanızda sanki aqressiya çatmır, təhlükəli hücumlar yarada bilmirdiniz. Bu, nə ilə bağlı idi?

- Oyun sona yaxınlaşdıqca komandada gərginlik olur. Bu mənada təmkinli və səbrli olmaq daha önəmlidir. Dino Ndlovu və Miçelin fərqlənmək üçün epizodları var idi. Sadəcə, qol vura bilməyəndə buraxacağından ehtiyatlanararaq təmkinli olmalısan. Lakin ikinci hissədə tempi artırdıq və qol da bununla bərabər gəldi.

- Sənin mövqeyində çıxış edən və ehtiyatda qalan Arif Daşdəmirovdan fərqli olaraq, sən Azərbaycan yığmasına çağrılmırsan. Bu, sənə pis təsir etmir?

- Bu sualı mənə hər dəfə verirlər. Nə cavab verim? O da mənim məsləkdaşımdır. Bu barədə bir söz deyə bilmərəm.

- Bəs Daşdəmirovun özü "Sən daha layiqsən" demir?

- Bu, ikimizə də veriləcək sual deyil: Nə Arifə, nə də mənə.

- Amma millidə oynamaq istəyirsən də...

- Əlbəttə. 7 ildir millidə oynamıram.

- Bəlkə sən də Robert Prosineçkinin oyun fəlsəfəsinə uyğun deyilsən?

- Bilmirəm bu fəlsəfə nədir də... İnşallah, bu fəlsəfəni öyrənərik. 

Son xəbərlər

Orphus sistemi