​Azərbaycan millisi Rusiyaya uduzdu

​Azərbaycan millisi Rusiyaya uduzdu 17 yaşadək futbolçulardan ibarət milli komanda Rusiya ilə qarşılaşıb
Futbol
18 Fevral , 2015 18:17
​Azərbaycan millisi Rusiyaya uduzdu

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası rusiyalı həmyaşıdları ilə qarşılaşıb. 

"Report"un məlumatına görə, "Əlincə" stadionunda keçirilən yoxlama görüşündə Mirbağır İsayevin rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə məğlub olub.

Matçda hesabı Azərbaycan millisi açıb. İkinci hissənin əvvəlində - 42-ci dəqiqədə (yoldaşlıq görüşü olduğundan hər hissə 40 dəqiqə oynanılır) Yusif Cəfərovun ötürməsini Oruc İsmayılov qola çevirib. Lakin çox keçmədən qonaqlar tablodakı rəqəmləri bərabərləşdirib. Rəqibin 9 nömrəli futbolçusu Artyom Qalacan millinin qapısına yol tapa bilib. 54-cü dəqiqədə rusiyalı futbolçu dubl edərək özünün və komandasının ikinci topunu vurub - 1:2.

Görüş bu hesabla da başa çatıb.

Son xəbərlər

Orphus sistemi