Azərbaycan millisi FİFA reytinqində 45 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 45 pillə irəliləyib Milli komanda 88-ci qərarlaşıb
Futbol
20 Oktyabr , 2016 12:24
Azərbaycan millisi FİFA reytinqində 45 pillə irəliləyib

Bakı. 20 oktyabr. REPORT.AZ/ FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda ötən ayla müqayisədə 45 pillə irəliləyib.

Sentyabr siyahısında 133-cü pillədə qərarlaşmış Robert Prosineçkinin rəhbərlik etdiyi komanda bu dəfə 404 xalla 88-ci pillədə yer alıb. Milli komanda 2018-ci dünya çempionatının seçmə qrup mərhələsində San Marinonu səfərdə, Norveç yığmalasını isə evdə 1:0 hesabı ilə məğlub edib. Çexiya ilə səfər oyununda isə qolsuz heç-heçə əldə olunub.

Azərbaycanın seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya yığması 1 pillə irəliləyərək 1465 xalla 2-ci yerə yüksəlib. 6 pillə geriləyən Şimali irlandiya 739 xalla 36-cı, 11 pillə geriləyən Norveç 438 xalla 81-ci, 7 pillə geriləyən Çexiya 663 xalla 40-cı pillədədir. Aktivində 17 xal olan San Marino yığması isə 201-ci pillədə qərarlaşıb.

Dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması 594 xalla 15 pillə geriləyərək 53-cü pillədə dayanıb. 4 pillə geriləyərək 25-ci olan Türkiyənın aktivində isə 843 xal var. Siyahıya yenə Argentina yığması başçılıq edir. Bu komandanın hesabında 1621 xal var. İlk "3-lüy"ü 1410 xalla 1 pillə irəliləyən Braziliya qapayır. 

Qeyd edək ki, növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi