Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
Futbol
23 Oktyabr , 2018 16:23
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.

"Report" xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Norveç yığmasına uduzub. Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda baş tutan oyun skandinaviyalıların 4:1 hesablı qələbəsi ilə nəticələnib.

Rəqib komandanın heyətində Herman Gelmuyden, Robin Skroqstad, Fredrix Oppeqard və Nils Vallotto müvafiq olara 18, 19, 21 və 71-ci dəqiqələrdə fərqləniblər. Millinin yeganə qoluna 89-cu dəqiqədə Azərbaycanın əsas milli komandasının və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

8-ci qrupun digər oyunu hazırda Albaniya və Çexiya yığmaları arasında keçirilir. 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 26-da Çexiya, oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi