Yuxarı
    Bağlamaq

    ​Azərbaycan millisi Avropa çempionatında növbəti görüşünü keçirəcək

    Millimiz bu dəfə Belçika yığması ilə qarşılaşacaq

    Bakı. 8 may. REPORT.AZ/ Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi bu dəfə Belçika yığması ilə qarşılaşacaq.

    A qrupunda gedən mübarizədə Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını qorumaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdır. Əks təqdirdə millinin qitə turnirindəki sonuncu qarşılaşacağı komanda Şotlandiya yığması olacaq. Qrupun digər oyununda Portuqaliya yığması Şotlandiya ilə üz-üzə gələcək.

    Millimiz ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə məğlub olub.

    Günün digər iki görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcək. Ukrayna qrup lideri Avstriya ilə qarşılaşacaq. Almaniyanın rəqibi isə Bosniya və Herseqovina yığması olacaq.

    A qrupu

    15:30. Portuqaliya - Şotlandiya
    Baş hakim: Qunnar Jarl Consson (İslandiya)
    "Dalğa Arena"

    19:00. Azərbaycan - Belçika
    Baş hakim: Petr Ardeleanu (Çexiya)
    "Bakcell Arena"

    Xallar: Portuqaliya - 3. Belçika - 3. Şotlandiya - 0. Azərbaycan - 0.

    B qrupu

    14:00. Ukrayna - Avstriya
    Baş hakim: Sveyn-Erik Erdvartsen (Norveç)
    "Bakcell Arena"

    19:00. Almaniya - Bosniya və Herseqovina
    Baş hakim: Peter Kraloviç (Slovakiya)
    "Dalğa Arena"

    Xallar: Avstriya - 3. Almaniya - 1. Ukrayna - 1. Bosniya və Herseqovina - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi