Azərbaycan milli komandasının üzvü “Bursaspor” klubu ilə müqavilə bağlayıb

Azərbaycan milli komandasının üzvü “Bursaspor” klubu ilə müqavilə bağlayıb Ozan Can Kökcü 4 illik sözləşməyə imza atıb
Futbol
29 Mart , 2017 20:11
Azərbaycan milli komandasının üzvü “Bursaspor” klubu ilə müqavilə bağlayıb

Bakı. 29 mart. REPORT.AZ/  21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə bağlayıb.

"Report"un Bursa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı futbolçu 4 illik sözləşməyə imza atıb. O, Hollandiyanın “Feyenoord” klubundan transfer edilib.

Kökçü "Bursaspor"da Azərbaycan yığmasının üzvü Deniz Yılmazla komanda yoldaşı olacaq.

Qeyd edək ki, Ozan Can Kökçü hələlik 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində rəsmi oyuna çıxmayıb. O, yığmanın martın 20-dən 25-dək Bakıda keçirilən toplanışına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi