Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının sabiq futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb

    Ufuk Budak karyerasını “Samsunspor”da davam etdirəcək

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Ufuk Budak karyerasını Türkiyənin I liqasında mübarizə aparan “Samsunspor”da davam etdirəcək.

    “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb.

    Qeyd edək ki, U.Budak ötən mövsüm Türkiyənin I liqasında çıxış edən “Manisaspor”da forma geyinib. O, daha əvvəl “Eskişehirspor”, “Qaziantep BB” və “Kayserispor”un da şərəfini qoruyub.

    U.Budak 2011-ci ildə Azərbaycan yığmasına dəvət alıb və indiyə qədər 17 matçda iştirak edib. Almaniyada doğulan türk əsilli futbolçu sonuncu dəfə 2016-cı ilin iyulunda milliyə çağırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi