Yuxarı

Azərbaycan milli komandasının Norveç və Çexiya ilə oyunlar üçün heyəti açıqlanıb

23 futbolçuya dəvət göndərilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının Norveç və Çexiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı görüşlərə 23 oyunçu çağırıb. 

ADI, SOYADIKLUB
Kamran AğayevBoavişta (Portuqaliya)
Anar NəzirovZirə FK
Səlahət Ağayevİnter
Tərlan Quliyevİnter
Maksim MedvedevQarabağ
Bədavi HüseynovQarabağ
Rəşad SadıqovQarabağ
Pavel PaşayevStal (Ukrayna)
Məhəmməd MirzəbəyovQəbələ
Arif DaşdəmirovQarabağ
Ruslan Abışovİnter
Rahid ƏmirquliyevQarabağ
Qara QarayevQarabağ
Dmitri NazarovErtsgebirge Aue (Almaniya)
Rəhman HacıyevNeftçi
Araz AbdullayevNeftçi
Eddi İsrafilovKadis (İspaniya)
Emin MahmudovBoavişta (Portuqaliya)
Ağabala Ramazanovİnter
Ruslan QurbanovQəbələ
Namiq ƏləsgərovQarabağ
Ramil ŞeydayevTrabzonspor(Türkiyə)
Rauf Əliyevİnter

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq. Çexiya ilə səfər matçı isə bundan 3 gün sonra Ostrava şəhərindəki "Vitkovitse Arena"da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi