Azərbaycan millisi Avropa çempionatının ilk oyununda məğlub olub - YENİLƏNİB

Azərbaycan millisi Avropa çempionatının ilk oyununda məğlub olub - YENİLƏNİB Portuqaliyaya qarşı keçirilən görüş 5:0 hesabı ilə başa çatıb
Futbol
5 May , 2016 20:52
Azərbaycan millisi Avropa çempionatının ilk oyununda məğlub olub - YENİLƏNİB

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb.

"Report"un məlumatına görə, qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparır.

İlk oyun günündə 2 qrupda 4 görüş keçirilib. "A" qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunda açılış mərasiminin ardından oynanılıb. Polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Qrupun digər oyununda Belçika "Bakcell Arena"da Şotlandiyanı məğlub edib - 2:0.

"B" qrupunda Avstriya - Bosniya və Herseqovina görüşü də eyni hesabla yekunlaşıb. Ukrayna - Almaniya matçında isə qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.

Avropa çempionatı, I tur

"A" Qrupu

19:00. Belçika - Şotlandiya - 2:0

Qol: Milan Korrin, 45. Lois Openda, 60

Baş hakim: Petr Kraloveç (Slovakiya)

"Bakcell Arena"

20:00. Azərbaycan - Portuqaliya - 0:5

Qol: Joze Qomeş, 4; 16. Elçin Əsədov, 24-öz qapısına. Migel Luiş, 44. Gerson Fernandeş, 76

Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzad (Macarıstan), Vasili Ermisçin (Moldova), Sergeyus Sliva (Litva)

Bakı Olimpiya Stadionu

"B" Qrupu

14:00. Avstriya - Bosniya və Herseqovina - 2:0

Qollar: Xristof Baumqartner, 18; 35

Baş hakim: Petr Ardelyanu (Çexiya)

"Bakcell Arena"

17:00. Ukrayna - Almaniya - 2:2

Qol: Denis Yanakov, 33. Sergey Buletsa, 67 - Yari Otto, 37. Sem Frensis Şrek, 74

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Bakı Olimpiya Stadionu

Avropa çempionatına mayın 21-də yekun vurulacaq.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin oyunları 14-15 mayda keçiriləcək. Yarımfinala yüksələn komandalar mayın 18-də finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Həlledici qarşılaşma mayın 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

***20:08

Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası mübarizəyə başlayıb. "Report"un məlumatına görə, A qrupunda yer alan millinin rəqibi Portuqaliyadır.

Matçdan əvvəl hər iki ölkənin dövlət himni səsləndirilib.

Millimizin start heyətində meydana Məmməd Hüseynov, Hüseyin Seyliğli, Ricat Qarayev, Elçin Abbasov, Fərid Nəbiyev, Metin Gülər, Doğukan Öksüz, İsmayıl Karakaş, Ceyhun Muxtarlı və Barış Ekincier çıxıblar.

Portuqaliya yığmasının ilk on birliyində isə Dioqo Kosta, Dioqo Dalot, Dioqo Querios, Ruben Vinagre, Gedson Fernandes, Joao Filipe, Miquel Luyis, Jose Qomes, Mesaque Dju, Dioqo Leite və Florentino yer alıblar.

Bakı Olimpiya Stadionunda keçirilən oyunun 4-cü dəqiqəsində Portuqaliya yığması hesabı açıb. Rəqib komandadan Joze Qomeş fərqlənib - 0:1.

Qrupun digər oyununda isə Şotlandiya və Belçika yığmaları üz-üzə gəlir. "Bakcell Arena"da təşkil olunan qarşılaşmada ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

Son xəbərlər

Orphus sistemi