Yuxarı

Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
C qrupunda yer alan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Norveç yığmasının qonağı olacaq
© REPORT / Firi Salim

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

“Report”un məlumatına görə, C qrupunda yer alan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Norveç yığmasının qonağı olacaq.

Paytaxt Oslodakı “Ullevaal” stadionunda baş tutan görüş hər iki tərəf üçün önəmlidir. Düzdür, seçmə mərhələnin ilk 3 oyununda 7 xal toplayan millimiz son 3 görüşdə uduzmaqla mundiala vəsiqə qazanmaq şansını azaldıb. Buna rəğmən, hələ də 2-ci yeri tutmaq imkanı var.

Yığma səfərdə skandinaviyalıları məğlub edəcəyi halda seçmə mərhələlərdə rekord sayda – 10 xal toplayacaq. Daha əvvəl 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal əldə edilib.

Oslodakı matç Azərbaycan və Norveç komandalarının 6-cı dueli olacaq. Cari seçmə mərhələdə rəqibini Bakıda Maksim Medvedevin qolu ilə məğlub edən yığma, əvvəlki 4 qarılşamadan 3-də uduzub.

Həmin görüşlərdən ikisi 1998-ci il dünya çempionatının (0:1, 0:5), ikisi isə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib (0:1, 0:0). Müsbət məqam odur ki, milli komanda 2015-ci il iyunun 11-də Norveç yığması ilə qolsuz bərabərə qalıb.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VII tur, C qrupu

1 sentybar.


22:45. Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Poşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Oslo. “Ullevaal” stadionu

N Komanda O Q H M T/F X
1 Almaniya 6 6 0 0 27-1 18
2 Şimali İrlandiya 6 4 1 1 11-2 13
3 Çexiya 6 2 3 1 9-5 9
4 AZƏRBAYCAN 6 2 1 3 3-9 7
5 Norveç 6 1 1 4 6-10 4
6 San Marino 6 0 0 6 1-30 0
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi