Yuxarı

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Zirə ilə İnterin 1/8 finaldakı rəqibləri Tovuz və Şəmkirdə müəyyənləşəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/2017 mövsümünə start veriləcək. "Report"un məlumatına görə, ilk olaraq 4 komanda ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Azərbaycan I Divizionunda çıxış edən "Turan Tovuz" klubu "Bakılı"nı qəbul edəcək. "Şəmkir" isə "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. Tovuzda keçiriləcək görüşün qalibi 1/8 finalda evdə "Zirə" ilə, Şəmkir duelinin güclüsü isə səfərdə "İnter"lə qarşılaşacaq. Reqlamentə əsasən, ilkin təsnifat və 1/8 final mərhələləri bir oyundan ibarət olacaq. 

Komandalar bu günədək ölkə kubokunda üz-üzə gəlməyiblər.

1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. "Şəmkir"in 70-ci, "Qaradağ Lökbatan"in 25-ci qolu vurması mümkündürsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-cı topu buraxması da gerçəkləşə bilər. "Bakılı" və "Şəmkir" üçün heç-heçə sayca 10-cu olacaq.

Azərbaycan Kuboku, 1/16 final

12 oktyabr

14:00. "Turan Tovuz" - "Bakılı"

Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Namiq Qasımov

Hakim-inspektor: Qurban Məmmədov

Tovuz şəhər stadionu

14:00. "Şəmkir" – "Qaradağ Lökbatan"

Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Rüfət Əliyev

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 2-3 dekabrda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi