​Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

​Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək Hər iki görüş paytaxtda baş tutacaq
Futbol
27 Aprel , 2016 07:00
​Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmaların hər ikisi paytaxtda baş tutacaq.

İlk olaraq Bakının "İnter" klubu "Qarabağ"ı qəbul edəcək. Rəhim Həsənovun idarə edəcəyi oyun "İnter Arena"da keçiriləcək. Komandalar bugünədək Kubok oyunlarında 5 dəfə qarşılaşıb. Hərəyə iki dəfə qələbə qazanan yarımfinalçılar bir dəfə meydanı sülhlə tərk ediblər. Kubokda 3 dəfə yolları kəsişən komandalar 5 oyunda qüvvələrini sınayıblar. 1/8 və 1/4 finala təsadüf edən duellərdə iki oyunun yekununda "İnter" qalib gəlib. Yeganə final matçında isə "Qarabağ" üstün olub. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, "İnter" evdə "quru" hesablı qələbə qazanıb, "Qarabağ" isə öz meydanını qolsuz tərk etməyib. Qol fərqində "İnter" öndədir - 5:4.

Günün son matçında isə "Neftçi" və "Qəbələ" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın ədalət təmsilçisi Əliyar Ağayev olacaq. Komandalar bugünədək Azərbaycan Kubokunda cəmi bir dəfə üz-üzə gəlib. İki il əvvəl finalda görüşən komandalar meydanı bərabərliklə tərk edib - 1:1. Oyunun taleyini penaltilər seriyası həll edib və daha dəqiq olan "Neftçi" kuboka sahib çıxıb.

27 aprel

16:00. "İnter" – "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

19:00. "Neftçi" – "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, cavab görüşləri mayın 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi