Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Futbol
1 May , 2019 08:51
Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. "Qırmızı-qaralar" ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Lakin cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar - 4:1, 3:1, 2:1 və 2:1. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, 1 dəfə finalda qarşılaşıblar. Bunlardan 3-də “Qarabağ”, 1-də isə “Qəbələ” sevinən tərəf olub.

Digər cavab görüşü isə Zirədə olacaq. Burada qəsəbənin eyniadlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından, meydan sahibləri nisbətən üstün durumdadırlar.

Bu kollektivlər arasına cari çempionatdakı 4 görüşdən 3-də “qartallar” qələbə qazanıblar - 0:1, 3:1, 1:0 və 2:0. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.

Qarşılaşma baş məşqçilərin sabiq komandalarına qarşı dueli kimi də əlamətdar olacaq. Ayxan Abbasov baş məşqçi karyerasına “Zirə”də, Samir Abasov isə “Sumqayıt”da start verib. Abbasov cari mövsümdə uğursuzluqlardan sonra postunu tərk edibsə, Abasov ötən çempionatın yekununda öz istəyi ilə vəzifəsindən ayrılıb.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, final oyunu mayın 19-da Naxçıvanda olacaq.

Son xəbərlər

Orphus sistemi