Azərbaycan Kuboku və Premyer Liqanın təqvimində dəyişiklik edilib

Azərbaycan Kuboku və Premyer Liqanın təqvimində dəyişiklik edilib Dəyişiklik "Qəbələ" klubunun müraciəti əsasında gerçəkləşib
Futbol
20 Noyabr , 2015 12:26
Azərbaycan Kuboku və Premyer Liqanın təqvimində dəyişiklik edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIV turun və Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik "Qəbələ" klubunun müraciəti əsasında gerçəkləşib.

Klubun Avropa Liqasının V turunda Yunanıstanda PAOK-la noyabrın 26-da keçirəcəyi oyunu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” – “Rəvan” görüşünü noyabrın 29-dan 30-na ertələyib. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil Muğan” və “Rəvan” – “Bakı” matçları isə dekabrın 2-dən 3-nə dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi