Yuxarı

Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib - VİDEO

Azərbaycan Kuboku: "Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib - VİDEO
Yarımfinal mərhələsinin digər ilk oyununda Keşlə İnter Arenada Sumqayıtı yenib

Qəbələ. 12 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib. 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar" hər iki qolu birinci hissədə vurublar. 29-cu dəqiqədə Lukas Qomes, 45-ci dəqiqədə isə Namiq Ələsgərov fərqlənib. Meydan sahiblərindən isə 90+1-ci dəqiqədə Stiven Jozef-Monroz təsəlli qolunun müəllifi olub.

"Qəbələ" oyuna bir sıra itkilərlə çıxıb. Zədə üzündən qapıçı Dmitri Bezotosnı, müdafiəçi Vitali Vernidub və hücumçu Baqali Dabo oynamayıb. "Neftçi"dən isə kapitan Ruslan Abışov cəzalı olduğu üçün forma geyinməyib.

Səfər matçı olmasına rəğmən, flaqmanı dəstəkləməyə kifayət qədər azarkeş gəlib. Tribunada onların arasında Abışov da yer alıb. İkinci hissədə həm "Qəbələ", həm də "Neftçi" tərəfdarları olan sektorda pirotexniki maddə yandırılıb ki, bu da hər iki klubun cərimələnəcəyi anlamını verir.

Bu məğlubiyyət "Qəbələ"nin finala vəsiqə şanslarını xeyli azaldıb. Aprelin 18-də Bakıda keçiriləcək cavab görüşündə flaqmana hətta minimal hesablı məğlubiyyət də kifayət edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk oyununda "Keşlə" "İnter Arena"da "Sumqayıt"ı yenib - 1:0.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar

12 aprel (cümə axşamı)

16:00. "Keşlə” – "Sumqayıt” - 1:0

Qol: Sezar Meza Kolli, 90+2

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "İnter Arena”

18:00. "Qəbələ” – "Neftçi” - 1:2

Qollar: Stiven Jozef-Monroz, 90+1 - Lukas Qomes, 29. Namik Ələskərov, 45

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi