Azərbaycan kuboku meydançaya təyyarə ilə gətirilib - FOTO

Azərbaycan kuboku meydançaya təyyarə ilə gətirilib - FOTO Musiqi sədaları altında komandalar meydançada məşqlərini davam etdirib
Futbol
3 İyun , 2015 21:07
Azərbaycan kuboku meydançaya təyyarə ilə gətirilib - FOTO

Qəbələ. 3 İyun. REPORT.AZ/ Bu gün Azərbaycan kubokunun final matçından öncə kubok stadiona gətirilib. "Report"un məlumatına görə, kubok təyyarədən paraşütçü ilə birgə meydançaya enib.

Bundan əvvəl isə Qəbələ şəhər stadionunda konsert proqramı baş tutub. Tanınmış müğənni Röya azarkeşlər qarşısına çıxıb.

Şoumen Nəsibin aparıcılıq etdiyi tədbirdə xanım müğənni bir neçə mahnı ifa etdikdən sonra səhnəni tərk edib.

Musiqi sədaları altında komandalar meydançada məşqlərini davam etdirib.

Sonda isə Azərinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Son xəbərlər

Orphus sistemi