Azərbaycan - Kosovo matçının keçiriləcəyi stadion müəyyənləşib

Azərbaycan - Kosovo matçının keçiriləcəyi stadion müəyyənləşib Bu görüş də "Mardan" stadionunda təşkil olunacaq
Futbol
22 Yanvar , 2018 15:22
Azərbaycan - Kosovo matçının keçiriləcəyi stadion müəyyənləşib

Bakı. 22 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Kosovo yığmaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadion müəyyənləşib.

Milli komandanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, fevralın 2-də Antalya toplanışı çərçivəsində baş tutacaq matç "Mardan" stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova yığması ilə də "Mardan" stadionunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi