Yuxarı
    Bağlamaq

    Azərbaycan klubu ukraynalı futbolçusu ilə yollarını ayırıb

    Yuri Fomenkonun başa çatan müqaviləsi uzadılmayıb

    Bakı. 1 iyun. REPORT.AZ/ Bakının "İnter" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 

    "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Yuri Fomenkodur. 

    Ukraynalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Klub rəhbərliyi Y.Fomenkoya gələcək karyerasında uğurlar arzulayıb.

    Qeyd edək ki, "İnter" daha öncə qapıçılar Kamran Ağayev və Elşən Poladov, eləcə də hücumçu Vüqar Nadirovla yollarını rəsmən ayırıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi