Yuxarı

​Azərbaycan klublarının Avropa Liqasındakı oyunlaırnın başlama saatı açıqlanıb

İlk olaraq Neftçi mübarizəyə qoşulacaq

Bakı. 8 iyul. REPORT.AZ/ Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının oyunlarının başlama saatı açıqlanıb.

"Report"un məlumatına görə, iyulun 14-də azarkeşlər ilk olaraq "Neftçi"nin oyununa şahidlik edəcəklər.

Makedoniya "Şkendiya"sı ilə "Bakcell Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Ardınca isə "Kəpəz"in Avstriyada "Admira"ya qarşı mübarizəsini izləmək mümkün olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

Son olaraq "Qəbələ" Macarıstan MTK-sının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Xatırladaq ki, cavab görüşləri iyulun 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi