Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki cavab oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "Zirə"nin ev, "İnter" və "Qəbələ"nin səfər matçları gürcüstanlı, litvalı və rumıniyalı hakimlərə tapşırılıb.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya)
Baş hakim: Georgi Vadaçkoriya
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı, "Dalğa Arena"
21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan)
Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu
23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu.
Qeyd edək ki, ilk oyunlarda "Zirə" 0:2 hesabı ilə uduzub, "İnter" 1:0 hesablı qələbə qazanıb, "Qəbələ" isə heç-heçə edib - 1:1.