Azərbaycan klublarının Avroliqadakı səfər oyunlarının hakimləri müəyyənləşib

Azərbaycan klublarının Avroliqadakı səfər oyunlarının hakimləri müəyyənləşib Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan klublarının iyulun 19-da keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçlarına bütün təyinatlar açıqlanıb.
Futbol
14 İyul , 2018 14:55
Azərbaycan klublarının Avroliqadakı səfər oyunlarının hakimləri müəyyənləşib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan klublarının iyulun 19-da keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçlarına bütün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, "Qəbələ"nin Lüksemburqda "Proqres"lə görüşü şimali irlandiyalı hakimlər briqadasına həvalə olunub.

Baş hakim Kit Kennediyə Stefan Donaldson və Kristian Frensis Hanna yan xətt, Evan Boys dördüncü hakim qismində yardımçı olacaq. Serbiyalı Milan Karaciç hakim-inspektor, estoniyalı Oleq Xarlamov UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Bakı vaxtı ilə saat 21:30-da başlanacaq qarşılaşma Differdanj şəhərindəki Munisipial stadionunda oynanılacaq. İlk görüşdə "Proqres" 2:0 hesablı qələbə qazanıb.

"Neftçi"nin Macarıstanda "Uypeşt" sınağı isə yunanıstanlı hakimlər briqadasına tapşırılıb. Baş hakim Anastasios Papapetruya Trifon Petropulos və Vasilios Kamburis yan xətt, Angelos Evangelu dördüncü hakim kimi kömək edəcək. İspaniyalı Bernardinyo Qonsales Vaskes hakim-inspektor, irlandiyalı İmon Nafton UEFA nümayəndəsi olacaq. Budapeştdəki "Şuşa Ferents" stadionunda təşkil olunacaq görüşün start fiti saat 23:00-da çalınacaq. İlk oyunda "Neftçi" qalib gəlib - 3:1.

Qeyd edək ki, Azərbaycanın Avroliqadakı digər təmsilçisi "Keşlə"nin Malta "Baltsan"ı ilə qarşılaşmasını Mixail Vilkovun rəhbərlik etdiyi və Aleksey Vorotsov, Vladimir Mineviç və Aleksey Suxoydan ibarət rusiyalı hakimlər briqadası idarə edəcək. İngiltərəli Stefan Lodc hakim-inspektor, şimali irlandiyalı Krouford Uilson UEFA nümayəndəsi təyin olunub. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. İlk oyun "Baltsan"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. 

Son xəbərlər

Orphus sistemi