Azərbaycan klubları yeni mövsümdə də Avroliqaya I təsnifat mərhələsindən başlayacaq

Azərbaycan klubları yeni mövsümdə də Avroliqaya I təsnifat mərhələsindən başlayacaq UEFA 2016-2017 mövsümündə Avropa Liqasına seçim sxemini təsdiqləyib
Futbol
27 Fevral , 2016 00:45
Azərbaycan klubları yeni mövsümdə də Avroliqaya I təsnifat mərhələsindən başlayacaq

Bakı. 27 fevral. REPORT.AZ/ UEFA 2016-2017 mövsümündə Avropa Liqasına seçim sxemini təsdiqləyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşıdakı mövsümdə də Azərbaycanı Avroliqada 3 klub təmsil edəcək.

Bunlar ölkə kubokunun qalibi, eləcə də Premyer Liqanın gümüş və bürünc mükafatçıları olacaq. Hər 3 komanda I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Milli assosiasiyaların təmsilçiləri UEFA reytinqinə əsasən müəyyənləşib. Həmin reytinqdə son 5 ildəki nəticələr nəzərə alınıb. Azərbaycan 54 ölkə arasında 29-cu sırada göstərilib.

Qeyd edək ki, 2016-2017 mövsümündə 30 iyun - 7 iyulda Avropa Liqasının I təsnifat, 14 iyul - 21 iyulda II təsnifat, 28 iyul - 4 avqustda III təsnifat, 18 avqust - 25 avqustda "play-off" mərhələsinin oyunları keçiriləcək. Qrup mərhələsinə isə sentyabrın 15-də start veriləcək. Azərbaycanın 3 klubu bu mövsümdə də Avroliqada I təsnifat mərhələsindən mübarizəyə başlayıb.

Son xəbərlər

Orphus sistemi