Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu Peşəkar Futbol Liqası (PFL) mövsümün gedişində Azərbaycan klublarının azad agent statusuna malik oyunçuları heyətinə qatmaq qaydasını açıqlayıb.
Futbol
5 İyun , 2020 15:47
Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

Peşəkar Futbol Liqası (PFL) mövsümün gedişində Azərbaycan klublarının azad agent statusuna malik oyunçuları heyətinə qatmaq qaydasını açıqlayıb. 

"Report"un məlumatına görə, bu barədə qərar təlimatlarda əksini tapıb.

Əsasnamədə qeyd olunmayan, amma meydana çıxa biləcək fors-major hallarla bağlı qərar vermək hüququnu rəhbər tutan PFL azad agent statusunda olan oyunçunun idman prinsiplərini əsas götürərək cəlb olunma müddətini aprelin 1-dən XXIV turun startına qədər uzadır.

Klub öz akademiyasının oyunçusunu istənilən vaxt sifariş edə biləcək.

Meydana çıxa biləcək digər transfer məsələləri ilə bağlı PFL, AFFA və Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırma aparılıb, ortaq qərar veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi