Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq

Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq "İnter" və "Zirə" növbəti mərhələyə yüksəlməyə yaxındır
Futbol
6 İyul , 2017 07:30
Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq

Bu gün "İnter" və "Zirə" klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaqlar. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən biri evdə, digəri səfərdə oynayacaq.

"İnter" Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da Serbiya "Mladost"u ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk matçda Zaur Svanadzenin baş məşqçi olduğu komanda 3:0 hesablı qələbə qazanıb. Serbiyadan böyük üstünlüklə qayıdan bakılılar növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin ediblər.

Avrokuboklarda debüt edən "Zirə" isə Lüksemburqda "Düdelanj"la qarşılaşacaq. İlk görüşdə Ayxan Abbasovun baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb. Cavab görüşündə Azərbaycan komandasını hətta qol vurmaq şərtilə 2 top fərqli məğlubiyyət də qane edir. Mərhələ adlayacağı təqdirdə, "Zirə" Rumıniya "Astra"sı ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun eyni saatda başlanacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Cavab görüşləri

6 iyul

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)

Baş hakim: Nikolay Balakin

Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko

Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: Robert Malek (Polşa)

UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 3:0

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)

Baş hakim: Boris Marhefka

Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor

Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)

Differdanj Şəhər Munisipal stadionu

İlk oyun – 0:2

Son xəbərlər

Orphus sistemi