Yuxarı

Azərbaycan - Kanada matçının hakimləri müəyyənləşib

Oyun isveçrəli referiyə tapşırılıb

Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakimləri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşə İsveçrədən olan beynəlxalq dərəcəli hakimlər təyinat alıb. 

Baş hakim Saşa Amhofa, Stefan de Almeyda və Vital Jobin yan xətt, Adrian Jakkotte dördüncü hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, Avstriyadakı təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində baş tutacaq oyun iyunun 3-də keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi