Azərbaycan - Kanada matçının hakimləri müəyyənləşib

Azərbaycan - Kanada matçının hakimləri müəyyənləşib Oyun isveçrəli referiyə tapşırılıb
Futbol
31 May , 2016 13:12
Azərbaycan - Kanada matçının hakimləri müəyyənləşib

Bakı. 31 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Kanada yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakimləri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşə İsveçrədən olan beynəlxalq dərəcəli hakimlər təyinat alıb. 

Baş hakim Saşa Amhofa, Stefan de Almeyda və Vital Jobin yan xətt, Adrian Jakkotte dördüncü hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, Avstriyadakı təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində baş tutacaq oyun iyunun 3-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi