Azərbaycan I Divizionunda ilin ilk turuna yekun vurulub

Azərbaycan I Divizionunda ilin ilk turuna yekun vurulub "Səbail" klubu növbəti qələbəsini qazanıb
Futbol
11 Fevral , 2017 23:21
Azərbaycan I Divizionunda ilin ilk turuna yekun vurulub

Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XV tura yekun vurulub.

"Report"un məlumatına görə, liderin ən yaxın izləyiciləri olan, Premyer Liqaya iddialı "Zaqatala", "Şəmkir" və "Səbail" meydandan qalib ayrlıblar.

Şaban Şirdanovun komandası son pillənin sahibi "Rəvan"ı 3 qolla məğlub edib. Şəmkirlilər qələbəni sona 10 dəqiqə qalmış vurulan qolla qazanıblar. "Səbail" isə ev oyunlarını keçirdiyi, bu dəfə qonaq qolduğu "Bayıl Arena"da MOİK-i ikinci hissədə vurduğu 2 qolla yenib.

I Divizion, XV tur

11 fevral

"Zaqatala" - "Rəvan" - 3:1

Qollar: Elçin Süleymanov, 35. Tagim Novruzov, 72-öz qapısına (ö.q); Sərxan Abdullayev, 78 - Məhəmməd Alıyev, 69

"Şəmkir" - "Şahdağ" - 1:0

Qol: Fərmayıl Əliyev, 80

MOİK - "Səbail" - 0:2

Qollar: Bayram Budaqov, 58, Eltun Yaqublu, 89

10 fevral

"Bakılı” - "Şərurspor” – 0:1

Qol: Mətin Əbilsoy, 90+1

"Mil-Muğan” - "Ağsu” – 2:0

Qollar: Raul Yaqubzadə, 65. Kamil Nurəhmədov, 71

"Qaradağ Lökbatan” - "Energetik” – 5:0

Qollar: Məhəmməd Xəlilov, 24; 46. Nicat Əsgərov, 56. Rüfət Məmmədov, 65; 77

"Göyəzən” - "Turan Tovuz” – 0:4

Qollar: Rəhman Musayev, 4-penalti ilə; 31. Aqşin Muxtaroğlu, 24-penalti ilə. Azər Məmmədov, 76

Bu nəticələrdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. 14 oyundan 33 xala malik lider "Turan Tovuz"u ondan 2 xal geri qalan "Zaqatala" izləyir. "Şəmkir" və "Səbail" isə hərəyə 28 xalla sonrakı 2 yeri bölüşür.

Son xəbərlər

Orphus sistemi