Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olunub

Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olunub Bakı. 19 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq edilib.
Futbol
19 Fevral , 2019 13:19
Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olunub

Bakı. 19 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq edilib. 

"Report"un məlumatına görə, cəzalar XV turun qarşılaşmalarında baş verənlərlə əlaqədar olub. 

“Turan Tovuz”la ev oyununda xərək daşıyan uşaqlar olmadığına görə MOİK-ə, "Ağsu" ilə səfər matçında protokolu vaxtında təqdim etmədiyi üçün "Şüvəlan"a, "Səbail-2" ilə səfər qarşılaşmasından öncə iclasa 7 dəqiqə gecikməsi səbəbindən "Sumqayıt-2"yə, "Kəpəz"lə ev qarşılaşmasında isə top daşıyan uşaqların qapı arxasında toplarla artıq rəftar etmələri əsas gətirilərək, "Neftçi-2"yə 80 manat cərimə kəsilib. 

Qeyd edək ki, daha əvvəl "Qəbələ" klubu hakimlər otağında lazımi inventarların olmaması səbəbindən 1600 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi