Azərbaycan hakimləri bu gün Antalyada 7 oyun idarə edəcək

Azərbaycan hakimləri bu gün Antalyada 7 oyun idarə edəcək Rəhim Həsənova təyinat verilməyib
Futbol
21 Yanvar , 2017 13:22
Azərbaycan hakimləri bu gün Antalyada 7 oyun idarə edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın futbol hakimləri bu gün 7 oyun idarə edəcək. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA referilərindən Rəhim Həsənova təyinat verilməyib. 

Əvəzində Əliyar Ağayev və Ömər Paşayev iş başında olacaq. 

21 yanvar

“Qaz Metan” (Rumıniya) – “Honved” (Macarıstan)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elşad Abdullayev

“Ludoqorets” (Bolqarıstan) – “Yagelloniya” (Polşa)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov

“Karpatı” (Ukrayna) – “DAC 1904” (Slovakiya)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cəmil Quliyev

“Yagelloniya”, əvəzedicilər (Polşa) – “Irtış” (Qazaxıstan)
Hakimlər: Nahid Xasıyev, Yaşar Abbasov, Mübariz Haşımov

“Konkordiya” (Rumıniya) – “Kuban” (Rusiya)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov

“Dinamo” (Rusiya) – “Milsami” (Moldova)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli

“Kıran” (Qazaxıstan) – “Dordoi” (Qırğızıstan)
Hakimlər: Qorxmaz Eldarov, Vüsal Qənbərov, Mehman Mahmudov

Son xəbərlər

Orphus sistemi