Yuxarı
    Bağlamaq

    Azərbaycan hakimləri Avropa çempionatının qrup oyunlarını idarə edəcək

    Görüşlər Lüksemburqda keçiriləcək

    Bakı. 1 sentyabr. REPORT.AZ/ FIFA referisi Orxan Məmmədovla referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki hakim 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər. 

    Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi