Azərbaycan hakimi UEFA Regionlar Kubokunun finalına təyinat alıb

Azərbaycan hakimi UEFA Regionlar Kubokunun finalına təyinat alıb Azərbaycanın futbol hakimi Namiq Hüseynov UEFA-dan növbəti dəfə təyinat alıb.
Futbol
25 İyun , 2019 10:57
Azərbaycan hakimi UEFA Regionlar Kubokunun finalına təyinat alıb

Azərbaycanın futbol hakimi Namiq Hüseynov UEFA-dan növbəti dəfə təyinat alıb.

“Report”un məlumatına görə, 32 yaşlı referi UEFA Regionlar Kubokunun finalında yan xətt hakimi funskiyasını yerinə yetirəcək. O, iyunun 26-da “Burghausen stadionu”nda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolny Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastyan Kolteskuya kömək edəcək.

Digər köməkçi hakim Senad İbrisimbegoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaq. 

Son xəbərlər

Orphus sistemi