Yuxarı

Azərbaycan gimnastı Gürcüstanda bürünc medal qazanıb

Azərbaycan gimnastı ​Gürcüstanda bürünc medal qazanıb

Gürcüstanın Batumi şəhərində idman gimnastikası üzrə beynəlxalq yarış keçirilib.

"Report"un məlumatına görə, turnirdə Azərbaycan yığma komandasının gənc gimnastları Ağamurad Qəhrəmanov, Sərvər Əliyev və Milana Minakovskaya iştirak ediblər.

Kişilərin yarışında A.Qəhrəmanov turniklə hərəkətdə bürünc medal qazanıb. 

Qadınların mübarizəsində isə M.Minakovskaya üç final mərhələsində çıxış edib. O, müxtəlif hündürlüklü qollarda 5-ci, gimnastika tiri və sərbəst hərəkətlərdə 6-cı yerdə qərarlaşıb. O, çoxnövçülük xallarına əsasən 4-cü olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi