Yuxarı

Azərbaycan futzal yığmasının Hollandiya ilə oyun üçün heyəti açıqlanıb

14 oyunçudan 5-i legionerdir

Bakı. 17 mart. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Hollandiya yığması ilə üz-üzə gələcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 22-də Almere şəhərində keçiriləcək qarşılaşmaya 14 futzalçı yollanacaq. 

Onlardan 5-i əcnəbidir: Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Amadeu Fernandes, Eduardo Mello, Augusto Cesar, Fineo de Araujo, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Xətai Bağırov, Rafael Durval. 

Qeyd edək ki, cavab görüşü aprelin 12-də Bakı İdman Sarayında təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi