Yuxarı
    Bağlamaq

    ​Azərbaycan futzal millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

    Millimiz F qrupunda mübarizə aparacaq

    Bakı. 20 may. REPORT.AZ/ Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

    "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

    Millimizin adı ən sonda çıxıb və ən sonuncu - "F" qrupuna qonşu İran, 2012-ci il dünya çempionatının finalçısı və ikiqat dünya çempionu (2000, 2004) İspaniya və Mərakeşlə birgə düşüb.

    Qrupların tərkibi:

    A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

    B qrupu: Tailand, Rusiya, Kuba, Misir

    C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

    D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

    E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

    F qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN

    Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın 3 şəhərində - Medelyinlə yanaşı, Kali və Bukaramanqada olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi