Azərbaycan çempionu bu gün UEFA Region Kubokunda ilk görüşünü keçirəcək

Azərbaycan çempionu bu gün UEFA Region Kubokunda ilk görüşünü keçirəcək Rəqib meydan sahibləri olacaq
Futbol
2 Oktyabr , 2018 10:05
Azərbaycan çempionu bu gün UEFA Region Kubokunda ilk görüşünü keçirəcək

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Uğur” komandası bu gün UEFA Region Kubokunda mübarizəyə başlayacaq.

“Report” xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi ilk matçını Ukraynanın “Lvov Region” kollekivinə qarşı keçirəcək.

Lvov şəhərindəki “Skif” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Uğur” “Lvov Region”la yanaşı, İspaniyanın “Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə VI qrupda yer alıb. Bu qrupun oyunlar Lvovda keçiriləcək. Təqvimə əsasən, sumqayıtlılar oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-cu ildən Region Kuboku adı altında keçirilən yarış iki ildə bir dəfə mini-turnir formatında qrupda yer alan komandalardan birinin təmsilçisi olduğu ölkədə keçirilir. 8 qrupda 1-ci yeri tutan kollektivlər 2019-cu ilin iyulunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışda 19 – 40 yaşlı futbolçular iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi